ABŞ-ın “Powerus” startapı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) pilotsuz uçuş aparatlarına qarşı dronların istehsalını genişləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, şirkət hazırda BƏƏ-dəki istehsal sahəsində ayda təxminən 3 min ədəd belə aparat hazırlayır. Bu dronların əsas məqsədi İran tərəfindən buraxılan pilotsuz uçuş aparatlarının havada zərərsizləşdirilməsidir.
Məlumata əsasən, bir dronun qiyməti təxminən 5 min dollar təşkil edir. Aparatların hazırlanmasında 3D printerlə istehsal olunan komponentlərdən, eləcə də standart mikroçiplər və GPS modullarından istifadə edilir.
Hazırda istehsalın kiçik bir anbar tipli məkanda həyata keçirildiyi, işçilərin isə gündə 12 saata qədər çalışdığı bildirilir.
Safura Bənnayeva
Globalinfo.az