saakasvili 2

“Gözlərimizin qarşısında əsrin faciəsi baş verir – ruslar kütləvi şəkildə Gürcüstana köçürülür. Şah Abbas gürcüləri, xüsusən Kartli-Kaxetidə yaşayan əhalini köçürüb, onların yerinə başqa əhali yerləşdirərək Gürcüstanı gürcülərdən təmizləməyə çalışdığı vaxtdan bəri belə miqyasda bədbəxtlik yaşamamışıq”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“İvanişvili ilə ruslar necə koordinasiyalı fəaliyyət göstərirlər. Əvvəlcə isterik şəkildə “rusofobiya”ya yol verilməsinin yolverilməzliyindən danışmağa başladılar, ardınca rusların kütləvi axını başladı və ruslar bu insanların Gürcüstanda daimi məskunlaşmaq niyyətində olduğunu açıqladılar. “Gürcü Arzusu” bu mənfi piardan qorxdu, FSB elə ertəsi gün öz versiyasını irəli sürərək bildirdi ki, rusların miqrasiyası məzuniyyətlərlə bağlıdır. Bu, ironik yalandır, məzuniyyətlər artıq başa çatır, buna görə də Gürcüstandan çıxış üçün növbə olmalıdır, ölkəyə giriş üçün yox”, – o bildirib.

Saakaşvili qeyd edib ki, bu yeni dalğa nəticəsində ruslar gürcülərdən sonra say baxımından Gürcüstanda ikinci ən böyük əhali qrupuna çevriləcəklər:

“Onlar say baxımından azərbaycanlıları da geridə qoyacaq və fəlakətli təhlükə yaradacaqlar. Hazırda rusların köçürülməsinin nəticələrini yaşayan ukraynalılardan soruşun.

Bütün “siyasi spektr”in dişsiz açıqlamaları ilə necə acınacaqlı göründüyünə baxın. Müxalifət televiziyalarının əsas xəbəri isə İrakli Qaribaşvilinin həbsxanadan növbəti sızıldamasıdır, guya heç nə baş vermir.

Tanrım, doğrudanmı biz müstəqilliyə və dövlətçiliyə layiq deyilik?”.

Paylaş: