Kolumbiyada avqustun 10-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 304 nəfərə çatıb.
Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bölmənin (UNGRD) yaydığı son məlumatlara əsasən, təbii fəlakət zamanı 4 548 nəfər xəsarət alıb, 426 nəfərin isə taleyi hələ də məlum deyil.
Zəlzələ ölkənin 15 departamentində və 472 bələdiyyəsində ciddi fəsadlara səbəb olub. Ümumilikdə 292 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Məlumata görə, 123 789 ailə zəlzələnin nəticələrindən birbaşa təsirlənib.
Avqustun 10-dan 18-i səhər saatlarınadək 356 nəfərin dağıntılar altından xilas edildiyi bildirilib.
Təbii fəlakət nəticəsində 134 mindən çox yaşayış binasına ziyan dəyib, 29 554 bina isə tamamilə dağılıb. Bundan başqa, 5 808 digər tikilinin zədələndiyi, 267 binanın isə uçduğu qeyd olunur.