iran1

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İrandan ölkə istiqamətində atıldığı bildirilən iki ballistik raketin aşkarlandığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, “Al Arabiya” məlumat yayıb.

Nazirliyin məlumatına görə, raketlərdən biri BƏƏ-nin ərazi sularından kənara düşüb. Digər raketin isə ölkənin ərazi sularına düşdüyü bildirilib.

Hadisənin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: