Filippinin cənubunda baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 41 nəfərə yüksəlib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “GMA News” telekanalı məlumat yayıb.
Hadisə nəticəsində 470-dən çox insan yaralanıb, daha 4 nəfər itkin düşmüş hesab olunur.
Yerli hakimiyyət orqanları bildiriblər ki, Mindanao adasında təxminən 1 900 bina zədələnib. Onların arasında məktəblər, xəstəxanalar və yaşayış evləri də var.
Təxminən 1 500 tikili tamamilə dağılıb.
General-Santos şəhərində fövqəladə vəziyyət elan olunub.
Zəlzələnin nəticələri regionda 145 mindən çox sakinə təsir göstərib.