Xəbər verdiyimiz kimi, avqustun 16-da general-mayor Abbasəli Novruzov vəfat edib. O, uzun illər təhlükəsizlik orqanlarında çalışıb. Milli Təhlükəsizlik nazirinin müavini olub. 1994-2001-ci illərdə Sərhəd Qoşunlarının komandası vəzifəsini tutub.
Mediada A.Novruzov barəsində müxtəlif məlumatlar, yazılar, süjetlər paylaşılır. Onun nümunəvi və peşəkar fəaliyyəti haqda məlumatlar yayılır.
Globalinfo.az Abbasəli Novruzovla bağlı bir məqamı xatırladır. Mərhum Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən və medianın “aeroport müşavirəsi” kimi xatırladığı məşhur iclasda Ulu Öndər Bakı hava limanında baş verən nöqsanlarla bağlı aidiyyatı qurumların rəhbərlərindən hesabat tələb edir. Əsas irad Gömrük Komitəsinin o vaxtkı sədri Kamaləddin Heydərova və Sərhəd Qoşunlarının komandanı Abbasəli Novruzova ünvanlanır. 2000-ci ilin aprel ayında baş tutmuş iclasda Abbasəli Novruzov da çıxış edir. Heydər Əliyev ona iradlarını bildirir, yaranmış vəziyyətə görə generalı danlayır.
Həmin iclasdan görüntüləri təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az
