İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan və İran prezidentləri arasındakı əlaqələri yüksək qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Əraqçi bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açıb:
“Məsud Pezeşkianın Azərbaycan Prezidentinə etdiyi bir telefon zəngi vəziyyəti tamamilə dəyişdi. Bu kimi məqamlar onun dialoq və qarşılıqlı təmas yolu ilə nailiyyətlər əldə etməyə olan inamını daha da möhkəmləndirdi. Məncə, o, bu baxımdan, artıq xarici siyasətin nəzəriyyəçisinə çevrilib”.
Qeyd edək ki, Məsud Pezeşkian bir nüddət əvvəl Azərbaycanın ən çətin günlərdə İrana yardım göstərdiyini bildirib. Prezident İlham Əliyev isə ölkəmiz haqqında səsləndirdiyi xoş və səmimi fikirlərə görə iranlı həmkarına təşəkkür edərək Azərbaycanın qardaş İran xalqının yanında olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.