5199701848124759019

Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani ölkə ərazisində nüvə materiallarının aşkarlandığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, nazirin sözlərinə görə, aşkarlanan material Suriya hökumətinin nəzarətində saxlanılacaq.

Dəməşq həmin materialdan yalnız dinc məqsədlərlə istifadə etmək niyyətində olduğunu bildirib.

Şibani vurğulayıb ki, materialın mümkün istifadəsi və saxlanılması Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) təminatları və nəzarəti çərçivəsində həyata keçiriləcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: