elixan kurish

Türkiyədəki Süleymançılar qrupunun lideri Əlixan Kurişin təsis etdiyi təşkilatla bağlı aparılan istintaqda ifadə verən G.K. adlı şəxs xaricə pul köçürmələri ilə bağlı danışıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Rumıniyanın paytaxtı Buxarestdə yataqxanada qalan tələbələr tətil bəhanəsi ilə Türkiyəyə göndərilərək təşkilatın İstanbuldakı nümayəndəsi M.A.-ya yönləndirilib. Bu görüşlər zamanı tələbələrin çamadanlarına gizlicə külli miqdarda dollar, avro və funt-sterlinq qoyulub. Proses zamanı tələbələrə “Rumıniyaya gələnə qədər çamadanları açmayın” kimi ciddi təlimat verilib. Buxarestə qaçaqmalçılıq yolu ilə gətirilən xarici valyuta təşkilatın oradakı rəhbərləri tərəfindən qəbul edilib və sistemə inteqrasiya edilib.

Kurişin hazırda həbsdə olan sağ əli Əhməd Uğur Pakcan Rumıniya marşrutundakı əsas fiqur kimi göstərilir. Rumıniyadakı maliyyə və kommersiya şəbəkəsinin təməli Buxarestdə çoxsaylı filialları olan “Dristor Dönər” və pul axınının yönəldildiyi iddia edilən “Dristor Valyuta Mübadiləsi” məntəqələridir.

Qeyd edək ki, 2 gün öncə Əlixan Kuriş həbs olunub. Ankara Baş Prokurorluğu tərəfindən “Əlixan Kuriş Cinayət Təşkilatına” qarşı aparılan istintaq çərçivəsində saxlanılan 38 şübhəlidən 32-si həbs edilib, qalan 6 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.

Paylaş: