AA 20260719 42014631 42014626 ISPANYA ARJANTIN 900x600 1

ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu və kapitanı Lionel Messi MLS-in müntəzəm çempionatında “Neşvill”ə 1:4 hesabı ilə uduzduqları oyundan sonra hakimlərə qarşı söyüş işlədib.

Globalinfo.az xəbər verir ki, 39 yaşlı futbolçu “Neşvill”in üçüncü qolundan sonra hakim Dryu Fişerin qərarından narazılığını bildirib.

Messi həmin epizodda yıxıldığını, lakin hakimin buna diqqət yetirmədiyini deyib və buna görə sarı vərəqə alıb.

Oyunun final fitindən sonra argentinalı futbolçu hakimin yanından keçərkən onun gözlərinin içinə baxaraq söyüş söyüb.

Qeyd edək ki, “İnter Mayami” 15 avqustda MLS-in növbəti turunda “Neşvill”ə 1:4 hesabı ilə məğlub olub.

Paylaş: