kim cen in

Cənubi Koreya Prezidenti Li Çje Myon Koreya yarımadasında onilliklərdir davam edən hərbi qarşıdurmanın sona çatdırılması üçün Şimali Koreya ilə birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.

Globalinfo.az-ın məlumatına görə, o, Pxenyanla münasibətlərdə qarşıdurma əvəzinə dinc yanaşı yaşama modelinə keçmək istədiyini bildirib.

Prezidentin sözlərinə görə, tərəflər bir-birini təhdid etməkdən əl çəkərək müharibənin rəsmən başa çatdırılması məsələsini müzakirə etməlidir.

Cənubi Koreya lideri danışıqlar çərçivəsində Şimali Koreyanın nüvə proqramının dondurulmasına dair mümkün addımların da nəzərdən keçirilməsini təklif edib.

Li Çje Myon Koreya müharibəsinin 1953-cü ildə sülh müqaviləsi ilə deyil, atəşkəslə dayandırıldığını xatırladaraq, mövcud “qeyri-sabit atəşkəs rejimi”nin davamlı sülh sistemi ilə əvəzlənməsinin vacibliyini vurğulayıb.

Pxenyanın bu təklifə hələlik rəsmi cavab vermədiyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: