Beyləqanda kanalda batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, Qarabağ kanalında batan 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə km aralıda, rayonun Kürdlər kəndi ərazisində tapılıb.
*** 10:52
Qarabağ kanalında bir nəfər batıb.
Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.