Xaçmazda iki ata oğlunu bıçaqlayıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Əsəd oğlu Musayev avqustun 14-ü saat 23 radələrində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı sağ böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə dərhal Xaçmaz Rayon mərkəzi Xəstəxanasına çatdırılıb.
Oxşar hadisə rayonun Qadaşoba kəndində də baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Saməddin Bədrəddin oğlu Şixanov 18 yaşlı oğlu Ceyhun Şıxanova bıçaqla zərbə endirib.
Xəsarət alan hər iki şəxsin həyatına yəhlükə yoxdur, vəziyyətləri qənaətbəxşdir.
Hadisələrlə bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.