muharibe 1333 900x506 1

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperin İsrailə səfəri zamanı İranın strateji infrastrukturuna qarşı birgə əməliyyatların bərpasını təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalı məlumat yayıb.

Belə ki, Kuper İsrail Müdafiə Qüvvələrinin yüksək rütbəli komandirləri ilə görüşlər keçirib.

Görüşlərdə İranın qaz, neft və elektrik sektorlarına zərbələr endirilməsinin Tehranın mövqeyinə təsir göstərə biləcəyi müzakirə olunub.

Admiralın sözlərinə görə, belə hücumlar İran üçün “çox ağrılı” ola və bölgədəki vəziyyətdə dönüş yarada bilər. O, hazırkı mərhələdə Tehranı mövqeyini dəyişməyə məcbur etmək üçün ABŞ-ın İsrailin iştirakı ilə hərbi əməliyyatları yenidən gündəmə gətirə biləcəyini deyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: