images 31

“Litvada rus dilinin ictimai həyatda istifadəsinin sistemli şəkildə azaldılmasına ehtiyac var. Amma rusdilli ukraynalı qaçqınlar və milli azlıqların maraqları da nəzərə alınmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Litvanın mədəniyyət naziri Lukas Alsis deyib.

Nazirin sözlərinə görə, ölkədə rus dili və rus kimliyi ilə bağlı izlər artıq müxtəlif sahələrdə tədricən azalır.

O, xüsusilə yaşayış məntəqələrinin və küçələrin adlarında rus dilinə aid elementlərin getdikcə daha az görünməsini nümunə kimi göstərib:

“Rus dilinin ictimai istifadədən çıxarılması da ardıcıl və sistemli siyasət çərçivəsində həyata keçirilməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: