rZpruEuX9Nf1P8Xa

Ukrayna Prezidenti Volodimir Zelenski və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. 

Globalinfo.az Ermənistan mediasına istinadla xəbər verir ki, Zelenski Paşinyanı yenidən Baş nazir seçilməsi münasibətilə təbrik edib.

Tərəflər Ermənistan-Ukrayna əməkdaşlığını, regional və qlobal prosesləri müzakirə ediblər.

Söhbət zamanı həmçinin dayanıqlı və uzunmüddətli sülhün əhəmiyyəti vurğulanıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: