isti temperatur

İspaniyada anomal istilər səbəbindən 4,4 mindən çox insan ölüb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə İspaniya mediasının məlumatında deyilir.

Qeyd olunub ki, bu göstərici rekord olan 2022-ci ilin göstəricisinə yaxınlaşıb. Belə ki, bu il iyunun 1-dən avqustun 19-dək 4458 ölüm halı qeydə alınıb.

İyundan etibarən İspaniyada anomal isti hava şəraiti hökm sürür. Bir sıra bölgələrdə havanın temperaturu dəfələrlə 40 dərəcəni keçib.

Paylaş: