putin

“Yaponiyanın bizimlə bağlı ərazi iddiaları var. Söhbət Kuril adalarından gedir”.

Globalinfo.az xəbər verir ki, bunu  Rusiya Prezidenti Vladimir Putin Sakit okean donanmasının təlimlərinin yekun mərhələsini müşahidə edərkən deyib.

O qeyd edib ki, Yaponiya Ukraynada baş verən hadisələrin səbəblərini araşdırmadan Rusiyaya qarşı sanksiyalar tətbiq edib və bəzi sənədlərdə Moskvanı əsas təhdidlərdən biri kimi göstərib.

“Yalnız onu deyə bilərəm ki, burada məruzə zamanı qeyd olunan qonşumuz Yaponiyanın mövqeyini də anlamaq istərdik. Yaponiya Ukraynada baş verən hadisələri bəhanə edərək, bu münaqişənin səbəblərini dərindən araşdırmadan Rusiyaya qarşı bizim tərəfimizdən təhrik edilməmiş sanksiyalar tətbiq edib. Bundan əlavə, müasir tarixdə ilk dəfə olaraq Yaponiya müəyyən sənədlərdə Rusiyanı əsas təhdidlər sırasına daxil edib”, – Putin deyib.

Rusiya lideri əlavə edib ki, Moskva Yaponiyanı təhdid etmir və bu ölkəyə qarşı heç bir ərazi iddiası yoxdur.

Onun sözlərinə görə, əksinə, ərazi iddiaları Yaponiyaya məxsusdur.

“Kuril adaları məsələsini nəzərdə tuturam. Lakin bu, İkinci Dünya müharibəsinin nəticəsi olaraq yaranmış reallıq kimi beynəlxalq sənədlərdə təsbit olunub. Bununla belə, Rusiya sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün həll yolu axtarmağa hazır olub”, – Putin bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: