AA 20260808 42171094 42171093 DISISLERI BAKANI FIDAN AA EDITOR MASASINA KONUK OLDU scaled

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə sazişində ittifaq üçün “ümumi təhdid” anlayışı yer almır.

Globalinfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə açıqlamasında belə deyib.

“Bizim imzaladığımız sənəddə ümumi təhdidlə bağlı yazılı müddəa yoxdur. Biz bir-birimizin təhlükəsizliyini diqqətlə izləməyi öhdəmizə götürürük”, – Fidan bildirib.

O vurğulayıb ki, bu ölkələrə hücum etməyən heç bir dövlət hədəf hesab olunmur.

Fidan həmçinin sazişin, xüsusilə, İrana qarşı yönəlmədiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ekspansionist ölkələr deyil.

Qeyd edək ki, Məkkə sazişi avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə qarşı hücum bütün tərəflərə qarşı təcavüz kimi qiymətləndiriləcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: