3 5

ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket tədarükündə yaranan gecikmələr Kiyevi münaqişənin nizamlanması üçün Rusiyanın şərtlərini yerinə yetirməyə məcbur edə bilər.

Globalinfo.az xəbər verir ki, “Bloomberg”in köşə yazarı Mark Çempion belə hesab edir.

Çempionun sözlərinə görə, ABŞ və İran arasında yaranan münaqişə fonunda Ukrayna “Patriot” kompleksləri üçün raket çatışmazlığı ilə üzləşib. Hərbi təchizatın gecikməsi isə Ukraynanın müdafiə üçün tələb olunan intensivliyi qorumasını çətinləşdirir.

Müəllif qeyd edir ki, Fransa və İtaliya Kiyevə öz “SAMP/T” hava hücumundan müdafiə sistemlərini göndərmək məsələsini müzakirə edir, lakin bu ölkələrin də həmin sistemlər üzrə ehtiyatları olduqca məhduddur.

Çempionun fikrincə, Qərbin qarşısında üç mümkün ssenari var: Ukrayna üçün lazım olan silahları təcili şəkildə tapmaq, Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin Donbas ərazisindən çıxarılması ilə bağlı tələbləri ilə razılaşmaq və ya münaqişəni ən azı 2027-ci ilə qədər davam etdirmək.

Köşə yazarı sonuncu variantın Ukrayna üçün qarşıdakı qış dövründə ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: