zelenskiy reu 2076192

Ukrayna Prezidenti Volodimir Zelenskinin Serbiyaya planlaşdırılan səfəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bir sıra istifadəçilər Ukrayna liderini xarici səfərlərə üstünlük verməkdə və müharibədən əziyyət çəkən ölkə vətəndaşlarının problemlərinə lazımi diqqət ayırmamaqda ittiham ediblər.

Sosial media istifadəçilərindən biri Zelenskiyə sərt şəkildə müraciət edərək onun xaricdə görüşlər keçirdiyi vaxt Ukrayna vətəndaşlarının müharibənin ağır nəticələri ilə üz-üzə qaldığını yazıb.

“Siz sadəcə qonaqpərvərliyindən zövq almaq və bu “vacib müzakirələrdə” iştirak etmək üçün başqa bir ölkəyə gedirsiniz, halbuki həmvətənləriniz evdə müharibənin dəhşətlərini yaşayırlar. Siz lider deyilsiniz, siz acınacaqlı qorxaq və dilənçisiniz”, – deyə istifadəçi bildirib.

Digər şərhçilər də Zelenskinin cəbhə bölgəsinə səfər etmək əvəzinə xarici ölkələrə səfərlər həyata keçirməsini sual altına alıblar.

“Güman edilən irəliləyişi qiymətləndirmək üçün cəbhə xəttinə nə vaxt baş çəkəcəksiniz?”, – deyə başqa bir istifadəçi soruşub.

Müzakirə iştirakçılarından biri isə Zelenskiyə “Sən hər yerdəsən, Ukraynadan başqa. Geri çəkil, dostum!” sözləri ilə müraciət edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: