%C9%99rdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan kollektiv müdafiə sazişinin hər hansı ölkəyə qarşı yönəlmədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Ərdoğanın sözlərinə görə, üç ölkə arasında əldə olunan razılaşmanın əsas məqsədi regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsidir.

Türkiyə Prezidenti qeyd edib ki, saziş digər dövlətlərin də iştirakına açıqdır. Bildirib ki, regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə vermək istəyən ölkələr bu təşəbbüsə qoşula bilər.

Ərdoğan vurğulayıb ki, Ankara sözügedən əməkdaşlığı qarşıdurma yaratmaq vasitəsi kimi deyil, regional təhlükəsizliyi və əməkdaşlığı gücləndirmək məqsədi daşıyan mexanizm kimi qiymətləndirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: