Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırov “Çeçenistan Respublikasının Qəhrəmanı” fəxri adına layiq görülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Çeçenistan hökumətinin sədri Maqomed Daudov məlumat yayıb.
20 yaşlı Əhməd Kadırov hazırda Çeçenistan Respublikasının Bədən Tərbiyəsi və İdman naziri vəzifəsini tutur. O, “Noxçiyn Paçxyalxan Konax” adına layiq görülən şəxslər sırasına daxil edilib.
Maqomed Daudov bildirib ki, Əhməd Kadırova bu yüksək fəxri ad Çeçenistan Respublikasının inkişafına və ictimai fəaliyyətə verdiyi töhfələrə görə təqdim olunub.
Əhməd Kadırov Ramzan Kadırovun övladlarından biridir və son illərdə Çeçenistanın dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışıb.
Tahir Turan
Globalinfo.az