“Son vaxtlar Rusiyadan qaynaqlandığı iddia edilən təhdidlərin səviyyəsi heç bir şəkildə dəyişməyib”.
Globalinfo.az xəbər verir ki, Litva Baş naziri Mindauqas Sinkeviçyus deyib.
Hökumət başçısı bu fikirləri ölkənin müdafiə naziri Robertas Kaunasın Moskva tərəfindən təhdidin artması ilə bağlı açıqlamasını şərh edərkən səsləndirib.
Sinkeviçyus qeyd edib ki, dövlət rəsmilərinin ictimai açıqlamaları diqqətlə ölçülüb-biçilməlidir:
“İctimaiyyəti əmin etmək istərdim ki, təhdid səviyyəsi hər hansı şəkildə kəskin dəyişməyib, sadəcə olaraq, bu təhdid mövcuddur”.
Qeyd edək ki, R.Kaunas Baltikyanı ölkələrin infrastrukturunun Ukraynaya PUA-larının istifadəsi ilə hücuma məruz qala biləcəyini deyib. O, müvafiq məlumatların ölkə kəşfiyyatı tərəfindən əldə edildiyini deyib. Nazir əməliyyatda Rusiya tərəfinin iştirakını da əlavə edib. Lakin mümkün zərbələrin nə vaxt həyata keçiriləcəyi haqda məlumat verməyib.
Robertas Kaunas bu hücumda Ukraynanın istəmədən, Rusiyanın vasitəsilə ilə iştirak edəcəyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az