ABŞ Prezidenti Donald Trampın uşaqlar üçün yaradılan “Trump Accounts” adlı yığım hesablarının təqdim olunduğu tədbirdə maraqlı anlar yaşanıb.
Globalinfo.az xəbər verir ki, Las-Veqasdan olan bir cütlük səhnəyə dəvət edilərkən onların azyaşlı oğlu səhnədə gəzməyə başlayıb və kənara doğru irəliləyib.
Bunu görən Donald Tramp dərhal uşağın yanına qaçaraq onu tutub və səhnənin mərkəzinə qaytarıb.
Daha sonra Tramp gülümsəyərək, “Onun Bayden kimi bu səhnədən yıxılmasını istəmirəm”, – deyib.
Prezidentin bu zarafatı zalda gülüş və alqışlarla qarşılanıb.
Qeyd edək ki, 2023-cü ilin iyununda ABŞ-ın o vaxtkı Prezidenti Co Bayden Kolorado-Sprinqsdə ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının məzunlarına diplom təqdim etdikdən sonra səhnədəki qum torbasına ilişərək yıxılmışdı.
ABD Başkanı Trump, sahneden düşmesini önlemek için küçük bir çocuğun peşinden koştu:
“Onun Biden gibi bu sahneden düşmesini istemiyorum.”pic.twitter.com/xouyTBi75B
— Conflict (@ConflictTR) August 5, 2026
Əliyar Xəlil
Globalinfo.az