1750052396 1745393382 pezeskian

İran Prezidenti Məsud Pezeşkian xaricdə yaşayan iranlıların ölkəyə qayıdışı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Globalinfo.az xəbər verir ki, bu baradə “Tasnim” məlumat yayıb. O bildirib ki, İran hər bir iranlının evidir və vətəndaşların sərbəst şəkildə ölkəyə gəlib-getməsi üçün lazımi mexanizmlərin yaradılması dövlətin əsas məqsədlərindən biridir.

Pezeşkian müsahibəsində qeyd edib ki, mərhum ali rəhbərlik dövründə də xaricdə yaşayan iranlıların vətənə qayıtdıqda problemlə üzləşməməsi ilə bağlı razılıq mövcud olub.

Prezidentin sözlərinə görə, hər hansı şəxslə bağlı hüquqi və ya digər məsələlər olsa belə, əsas məqsəd onların ölkəyə qayıtmasını təşviq etməkdir.

“Hətta kiminsə müəyyən problemi olsa belə, biz onları ölkəyə qayıtdıqları üçün həbs etməyə deyil, geri dönmələrini təşviq etməyə çalışmalıyıq”, – deyə Pezeşkian bildirib.

İran Prezidenti vurğulayıb ki, ölkə bütün iranlıların ümumi evidir və hökumət hər bir vətəndaşın maneəsiz şəkildə İrana gəlib-getməsini təmin edəcək uyğun mexanizmlərin yaradılması istiqamətində fəaliyyət göstərir.

Tahir Turan
Globalinfo.az

Paylaş: