Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak fikir səsləndirib.
O bildirib ki, Rusiya Ukrayna və digər marşrutlar vasitəsilə Avropaya qaz nəqlini müzakirə etməyə hazırdır. Lakin hələ ki, qarşı tərəfdən belə bir istək yoxdur:
“Qarşı tərəfdən istək olarsa, biz qaz nəqli məsələsini müzakirə etməyə hazırıq. Hələlik biz belə bir istək yoxdur. Biz həmçinin Ukrayna vasitəsilə də Avropaya qaz nəqlini həyata keçirə bilərik”, – deyə Novak vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna hökumətinin mətbuat xidməti Kiyevin Rusiya təbii qazının Avropaya tranziti ilə bağlı müqaviləni yeniləməyəcəyini bəyan edib.
Əliyar Xəlil,