ABŞ ordusunun uzaqmənzilli raket ehtiyatlarının böyük hissəsini xərclədiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, fevralın sonundan davam edən İranla müharibə fonunda ABŞ ordusu ATACMS və “PrSM” tipli yüksək dəqiqlikli quru əsaslı raketlərin demək olar ki, hamısını istifadəyə verib. Mənbələrin sözlərinə görə, hər biri 1 milyon dollardan baha olan bu raketlər Çin və ya Rusiya ilə mümkün münaqişələr üçün strateji əhəmiyyət daşıyır.
Bundan başqa, ABŞ-ın “Tomahawk” qanadlı raket ehtiyatının da təxminən yarısının istifadə edildiyi iddia olunur. Eyni zamanda digər silah ehtiyatlarında da azalma qeydə alınıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiklərinin hesablamalarına əsasən, bu ilin fevral-iyul aylarında “Patriot” zenit-raket komplekslərinin raketlərinin təxminən 65 faizi, THAAD raketlərinin isə ən azı 38 faizi istifadə olunub.
ABŞ Prezidenti Donald Tramp isə ölkədə sursat çatışmazlığı olduğunu təkzib edib. Ağ Evin açıqlamasında qeyd olunub ki, ABŞ-ın dünyada hamıdan daha çox və ehtiyac duyduğundan da artıq sursatı var.
Aysel Əliyeva
Globalinfo.az