Ankara Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Qara dənizdə Türkiyə ilə əlaqəli gəmilərə hücumlarından narahatlığını ifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda deyilir:
“Dəniz naviqasiyasının təhlükəsizliyinin təmin olunması üçün bütün aidiyyəti tərəfləri təxirəsalınmadan konkret addımlar atmağa çağırırıq”.
Nazirlik vurğulayıb ki, Türkiyə vətəndaşlarının təhlükəsizliyi Ankara üçün qeyd-şərtsiz prioritetdir.
Həmçinin bildirilib ki, qabaqlayıcı tədbirlər görülmədiyi təqdirdə Qara dənizdə gərginliyin artması ciddi mənfi nəticələrə, o cümlədən qlobal ərzaq təhlükəsizliyinə təsir göstərə bilər.
Qeyd edək ki, avqustun 3-ü axşam saatlarında Qara dənizdə hücuma məruz qalan Kamerun bayrağı altında üzən, Türkiyəyə məxsus “Nadezhda” yük gəmisi Samsun limanından Rusiyanın Novorossiysk şəhərinə təzə meyvə-tərəvəz daşıyırdı. Hücum nəticəsində dörd dənizçi yaralanıb, onlardan üçü Türkiyə vətəndaşıdır. Gəmidə yanğın da baş verib.
Əliyar Xəlil
Globalinfo.az