Globalinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 15 yaşlı yeniyetmə dənizdə əmisi ilə birgə batıb.
Əminin meyiti sudan çıxarılsa da, uşağın axtarışları hələ də davam edir.
***20:12
Ələtdə dənizdə yeniyetmə batıb.
Globalinfo.azxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində nəzarətsiz ərazidə 2011-ci il təvəllüdlü Həsən Əlihəsənovun dənizdə batdığı ehtimal edilir. Dalğıc-xilasedicilər hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər.
Əlavə məlumat veriləcək.