67NJYIFI4FIQPKCD37UFKN667I

Yunanıstanın paytaxtı Afina yaxınlığında başlayan meşə yanğınları dördüncü gündür ki, davam edir. Güclü külək alovun yaşayış məntəqələrinə, digər meşəlik ərazilərə və minlərlə hektar kənd təsərrüfatı sahəsinə yayılmasına səbəb olub.

Globalinfo.azReuters“ə istinadla xəbər verir ki, yanğın səbəbindən əhali həm quru, həm də dəniz yolu ilə təxliyə edilir.

Hazırda Kandili və Agia Skepi yaşayış məntəqələri ətrafında 400-dən çox yanğınsöndürən və 21 təyyarə-alovla mübarizə aparır. Yanğının evlərə keçməsinin qarşısını almaq üçün ağır texnika ilə xüsusi yanğın zolaqları yaradılır.

Mütəxəssislər bildirirlər ki, Avropada bu yay müşahidə olunan rekord isti və yağıntının azlığı meşə yanğınlarının sürətlə yayılmasına səbəb olub. Ən ağır vəziyyət Fransa və İspaniyada yaşansa da, həmin ölkələrdə alovun böyük hissəsi artıq nəzarət altına alınıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: