WhatsApp Image 2026 08 03 at 17.25.33

Tanınmış aparıcı Namidə İsayeva Dünyagöz Xəstəxanasında PR və marketinq rəhbəri vəzifəsinə təyin edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində məlumat yayıb.

“Yeni fəaliyyətim çərçivəsində cəmiyyətin göz sağlamlığının qorunması, maarifləndirmə layihələri və keyfiyyətli tibbi xidmətlərin tanıdılması istiqamətində çalışacağam. Göz sağlamlığınız bizə əmanətdir”, – paylaşımda qeyd olunur.

Qeyd edək ki, bundan öncə Namidə İsayeva Nizami Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri vəzifəsində çalışıb.

Paylaş: