Tokio şəhərətrafı Tama Zooparkında 16 şirdən üçü anomal istilər səbəbindən ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə zoopark rəhbərliyi məlumat yayıb.
“18 iyulda iki şir iştahsızlıq və fəaliyyətin azalması da daxil olmaqla xəstəlik əlamətləri göstərməyə başladı. Bir neçə gün ərzində xəstələnən heyvanların sayı ona çatdı.
İyulun 23-də zoopark şirlərin saxlandığı ərazidəki fəaliyyətini dayandırdı. Daha sonra bəzi heyvanlar sağalmağa başladı. Lakin iyulun 28-də üç yaşlı Mugi, üç gün sonra isə 11 yaşlı İçiqo öldü. Avqustun 2-də isə 15 yaşlı Luena vəfat etdi. Daha üç şirin vəziyyəti ağırdır və onlar gəzə bilmirlər. Onlara kömək etmək üçün kondisionerlərdən və ventilyatorlardan istifadə olunur. Tokio zooparkında cəmi 13 şir qalıb – beşi erkək, səkkizi dişi”, – deyə bildirilib.
Qeyd olunub ki, dişi şirlərin ölümünün dəqiq səbəbi autopsiyadan sonra müəyyən ediləcək:
“Bu yaxınlarda aparılan müayinədə ümumi susuzlaşma və çoxsaylı orqan çatışmazlığı aşkar edilib ki, bu da həddindən artıq istiləşmənin səbəb olduğunu göstərir”.
Əliyar Xəlil
Globalinfo.az