bela

Belarus Ukrayna ilə sərhəddə yeni desant-hücum briqadası yaradır.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aleksandr İlyukeviç “VoenTV” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq yeni briqadanın tərkibində bir batalyon formalaşdırılıb.

2026-cı ildə isə daha bir batalyonun, eləcə də döyüş təminatı, artilleriya, zenit-raket və kəşfiyyat bölmələrinin yaradılması planlaşdırılır.

Məlumata görə, yeni briqada Qomel şəhəri yaxınlığında, Ukrayna sərhədindən təxminən 40 kilometr məsafədə yerləşdiriləcək.

İyul ayında Belarusun müdafiə naziri Viktor Xrenin Ukrayna ilə sərhəddə istehkamların tikilməsi barədə yayılan məlumatları təkzib etmişdi.

O, bu iddiaları Belarus və Ukrayna cəmiyyətlərində gərginlik yaratmağa yönəlmiş informasiya müharibəsinin tərkib hissəsi adlandırmışdı.

Xrenin bundan əvvəl də bildirmişdi ki, Belarus hərbçiləri Ukrayna tərəfdən sərhəddə hər hansı hücum hazırlığı əlamətləri müşahidə etmirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: