pasinyan78 900x600 1

Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edilib.

Globalinfo.az xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu barədə müvafiq fərmanı imzalayıb.

Fərman Ermənistan Prezidentinin rəsmi saytında dərc olunub.

*** 14:22

Ermənistanda hökumətin baş naziri postuna Nikol Paşinyanın namizədliyi irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, Konstitusiyaya əsasən, yeni hökumətin başçısını Ermənistan Prezidenti Vaaqn Xaçaturyan təyin etməlidir.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan parlamentin ilk iclasının keçirildiyi bu gün Konstitusiyanın tələbinə uyğun olaraq hökumətin istefa verdiyini elan edib.

Paylaş: