İspaniyanın Seuta şəhərinə qanunsuz keçməyə cəhd edərkən həlak olan miqrantların sayı 90 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “La Sexta” telekanalı məlumat yayıb.
Bu rəqəm hələlik digər böyük beynəlxalq media qurumları tərəfindən tam təsdiqlənməyib.
Məlumata əsasən, ölkə tarixinin ən böyük humanitar böhranı zamanı 1149 miqranta tibbi yardım göstərilib.
Hazırda Seutada sərhədi yararaq şəhərə daxil olmuş təxminən 1700 qanunsuz miqrantın gizləndiyi bildirilir. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, patrulların sayı artırılıb.
Təhlükəsizlik qüvvələrinin qiymətləndirməsinə görə, 73 500 miqrant Seutanı tərk edərək Mərakeşə geri qayıdıb.
Xatırladaq ki, daha əvvəl Seutaya Mərakeşdən kütləvi keçid cəhdi zamanı 67 nəfərin öldüyü açıqlanmışdı.
Mərakeşdən olan miqrantlar Şimali Afrikada yerləşən İspaniyaya məxsus Seuta muxtar şəhərinə qanunsuz keçərək daha sonra Avropa İttifaqı ərazisinə daxil olmağa çalışırlar. Kütləvi miqrant axını ilə yerli hakimiyyət orqanları təkbaşına mübarizə apara bilmədiyindən, İspaniya hökuməti bölgəyə ordunu da cəlb edib.
Bundan əvvəl isə Seuta ilə Mərakeş arasındakı dəniz sərhədində qanunsuz keçidlərin qarşısını almaq məqsədilə üzən baryer quraşdırıldığı bildirilmişdi.
Əliyar Xəlil
Globalinfo.az