Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Seutadakı miqrasiya böhranı ilə bağlı Rusiyaya yönəltdiyi ittihamlara cavab verib.
Globalinfo.az xəbər verir ki, Zaxarova teleqram kanalında paylaşdığı açıqlamada Sibiqanın Moskvanın Avropada qorxu yaratmaq və sabitliyi pozmaq məqsədilə Seutadakı görüntülərdən istifadə edərək genişmiqyaslı kampaniya apardığı barədə iddialarını rədd edib.
O bildirib ki, ABŞ Dövlət Departamentinin internet səhifəsində Avropa İttifaqında davam edən miqrasiya böhranı ilə bağlı materiallar yerləşdirilib və ABŞ, Almaniya, İtaliya, Fransa və digər ölkələr arasında edilən müraciətlərin “Kreml hakerləri” tərəfindən təşkil edildiyi barədə iddiaları tənqid edib.
Rusiya XİN sözçüsü Ukrayna rəhbərliyini də sərt ifadələrlə hədəf alaraq onu “çürümüş və acınacaqlı bir yer” adlandırıb.
Tahir Turan