qadiin

Böyük Britaniya Kral Donanmasının matrosu Sian Dausett ekipaj üzvlərinə qarşı seksual zorakılıq törətdiyinə görə hərbi məhkəmənin qərarı ilə donanmadan xaric edilib.

Globalinfo.az xəbər verir ki, o, həmçinin 18 ay müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmə müəyyən edib ki, Dausett dörd həmkarının şəxsi toxunulmazlığını dəfələrlə pozub.

İttihama görə, o, əsasən yeni ekipaj üzvlərini hədəf seçib, çünki onların baş verənlər barədə şikayət etməyə çəkinəcəyini düşünüb.

Zərərçəkənlərdən biri məhkəmədə bildirib ki, baş verənlərdən sonra utanc hissi keçirib və qayda pozucusunun rütbəcə ondan aşağı olan qadın olması səbəbindən uzun müddət hadisə barədə danışa bilməyib.

Digər hərbçi isə hadisədən sonra narahatlıq keçirdiyini deyib.

Onun sözlərinə görə, insidentlərdən biri gəminin tibb bölməsində, digəri isə digər ekipaj üzvlərinin gözü qarşısında anqarda baş verib.

Hərbi tribunal Sian Dausetti altı epizod üzrə seksual zorakılıqda təqsirli bilib.

Hakim Con Atvill onun hərəkətlərinin ekipaj daxilində etimadı sarsıtdığını və hərbi gəmidə xidmət üçün vacib olan davranış qaydalarını pozduğunu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: