ukrayna 1

Ukrayna ölkədəki iqtisadi vəziyyətin pisləşməsi səbəbindən tezliklə atəşkəs tələb edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Konstantin Dolqov bildirib.

Onun sözlərinə görə, Rusiyanın liman infrastrukturuna və hərbi-sənaye kompleksinin (HSK) obyektlərinə endirdiyi zərbələr nəticəsində Kiyevin atəşkəsə ehtiyacı var. Lakin o, Moskvanın müvəqqəti atəşkəs yox, uzunmüddətli sülhə ehtiyacı olduğunu bildirib.

“Onlar üçün vəziyyət çox acınacaqlıdır. Zərbələrimiz təsir göstərir. Onlar Kiyevin hərbi və iqtisadi infrastrukturunu ardıcıl olaraq məhv edir. Ukrayna faktiki olaraq dənizdən təcrid olunub və silah və hərbi texnika artıq dəniz yolu ilə çatdırıla bilmir. Ən yaxşı yol təslim olmaqdır”, – deyə o vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: