“İyulun 30-da keçirilən hökumət iclası sonuncu toplantımız idi, bazar günü hamımız istefa verəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir Milli Məclisin 9-cu çağırışının heyətinin müəyyənləşməsindən öncə istefa veriləcəyini bildirib:
“Beləliklə, Ermənistan Prezidenti parlamentdə səs çoxluğu ilə adı çəkilən şəxsi baş nazir təyin edəcək. Bu komanda tərkibi ilə sonuncu dəfə görüşürük”.
Əliyar Xəlil
Globalinfo.az