tramp

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı nikbin mövqedədir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

“Tramp sülh sazişinin əldə olunacağına inanır. ABŞ Prezidenti və komandası Ukraynadakı münaqişənin həllində konstruktiv rol oynamaqda qərarlıdır”, – deyə nəşr mənbələrinə istinadən yazıb.

Bundan əvvəl Tramp Rusiya-Ukrayna münaqişəsinin 2029-cu ilin yanvarında başa çatacaq prezidentlik müddəti bitənədək həll oluna biləcəyini istisna etməmişdi. O, Rusiya Prezidenti Vladimir Putinin sülh sazişi imzalamağa hazır olduğunu söyləmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: