ff 4

“Rəsmi statistikaya əsasən, bu il ölkəyə səfər edən turistlərin sayı ötən dövrlə müqayisədə 11% azalıb”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O qeyd edib ki, Bakıdakı hotellərdə isə azalmanın 30%-dən çox olduğu bildirilir:

Azərbaycan Turizm Agentləri Assosiasiyasının İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, mövcud vəziyyəti təhlükəli tendensiya kimi qiymətləndirmək düzgün deyil.

Sitat:

“Turistlərin sayındakı azalmada qorxulu bir məqam yoxdur. Bəziləri bu məsələni həddindən artıq şişirdirlər. Dünyada baş verən müharibələr, iqtisadi böhranlar və digər fors-major hallar turizmin inkişafına təbii şəkildə təsir göstərir”.

N.Cəfərli əlavə edib ki, bu ilin ilk 6 ayında Gürcüstanda, Ermənistanda turist sayı artıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: