turk popo

Türkiyə parlamentinin 91 deputatı CHP-dən istefa verərək Özgür Özəlin qurduğu Yeni Partiyaya keçib. Bununla da Yeni Partiya Türkiyənin yeni ana müxalifət partiyasına çevrilib. CHP isə 24 ildən sonra bu statusu itirib.

Qeyd edək ki, bir müddət əvvəl CHP-nin keçmiş sədri Özgür Özəl və onu dəstəkləyən 91 millət vəkili partiyadan istefa verərək yeni partiya quracaqlarını açıqlamışdılar.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, əslində hadisələrin bu cür inkişaf edəcəyi gözlənilən idi:

“CHP daxilindəki parçalanmanın qarşısını almaq demək olar ki, mümkün deyildi. İlk növbədə təklif olundu ki, Özgür Özəl Əkrəm İmamoğlu ilə əlaqələrini kəssin. Lakin o, bunu qəbul etmədi və sona qədər birlikdə yollarına davam edəcəklərini açıqladı.

Bundan sonra AKP daha ciddi addım ataraq Kamal Kılıçdaroğlunun yenidən CHP sədri seçilməsinə şərait yaratdı. Əslində vaxtilə Dövlət Baxçalı da oxşar şəkildə MHP rəhbərliyinə gətirilmişdi. Həmin dövrdə də MHP parçalanmış və İYİ Partiya yaranmışdı.

Turab rzayev 2 e1755852093568 900x575 1
Turab Rzayev

Yeni Partiya ilk mərhələdə uğurlu görünsə də, mən uzunmüddətli perspektivdə bu uğurun qorunub saxlanılacağını düşünmürəm. İYİ Partiya da ilk illərdə yüksək reytinq toplasa da, sonrakı dövrdə MHP-nin gerisində qaldı. Hesab edirəm ki, Yeni Partiyada da oxşar proses yaşanacaq. CHP tədricən öz gücünü bərpa edəcək və yenidən toparlanacaq.

AKP-nin MHP ilə ittifaqda olduğu bir şəraitdə CHP-nin bölünməsi müxalifəti ciddi şəkildə zəiflədəcək. Yeni Partiya ilk vaxtlar bundan faydalansa da, uzun müddət ana müxalifət partiyası statusunu qoruyub saxlamaq onun üçün çətin olacaq.

Digər tərəfdən, dövlət Yeni Partiyanı özü üçün ciddi təhdid hesab edərsə, məncə, yenidən hüquqi addımlar ata və müxtəlif hüquqi tədbirlər görə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: