Özgür Özelin Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrıldıqdan sonra təsis etdiyi Yeni Partiyaya iki Avropa ölkəsindən dəstək mesajları verilib.
Globalinfo.az xəbər verir ki, Almaniyada CHP-nin qardaş partiyası sayılan Sosial Demokrat Partiyasının lideri Lars Klingbeil əməkdaşlığın bundan sonra Yeni Partiya ilə davam etdiriləcəyini açıqlayıb.
Həmçinin İspaniyanın Baş naziri Pedro Sançez də Özgür Özele məktub göndərərək dəstəyini bildirib.
Əliyar Xəlil
Globalinfo.az