Norveç Futbol Assosiasiyasının (NFF) prezidenti Lise Klaveness futbol üzrə dünya çempionatının 64 komandaya qədər genişləndirilməsi ideyasını məqsədəuyğun hesab etmədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “The Times” nəşrinə müsahibəsində danışıb.
“Bu, əsassız və futbola hörmətsiz yanaşmadır. Bizim kimi kiçik ölkələr 20 il Dünya çempionatına qatıla bilməsə də, turnirin 48 komandaya qədər genişləndirilməsinin kifayət etdiyini göstərdi. İndi isə 64 milli komanda haqqında danışmaq nə futbolun maraqlarına uyğundur, nə də məntiqlidir”, – deyə Klaveness bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 32 yox, 48 komandanın iştirakı ilə keçirilib. FIFA-nın qəbul etdiyi yeni format iştirakçı ölkələrin coğrafiyasını genişləndirib, turnirə əlavə 40 oyun daxil edilib və ümumi matç sayı 104-ə çatdırılıb. Bununla yanaşı, FIFA prezidenti Canni İnfantino qurumun gələcəkdə iştirakçı komandaların sayını 64-ə çatdırmaq imkanını da nəzərdən keçirdiyini açıqlayıb.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının qalibi İspaniya millisi olub. Komanda finalda Argentinanı məğlub edib.
Əliyar Xəlil
Globalinfo.az