1784734020 1784728030

Açıq mənbələrdə Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi İqor Skibyuk tərcümeyi-halına dair məlumatların məhdudlaşdırıldığı iddia olunur.

Globalinfo.az xəbər verir ki, internetdə Skibyuk haqqında əsasən arxiv fotoları və qısa bioqrafik məlumatlar yer alır.

Bildirilir ki, o, Konotop şəhərində anadan olub, Odessa Quru Qoşunları İnstitutunu və Ukrayna Milli Müdafiə Universitetini bitirib. Hərbi karyerasına isə 1998-ci ildə 80-ci Hava-Desant Hücum Briqadasında başlayıb.

İddialarda diqqət çəkən məqamlardan biri də onun doğum ili ilə bağlı uyğunsuzluqdur. Belə ki, bəzi mənbələrdə Skibiukun 1976-cı ildə doğulduğu qeyd olunsa da, Ukrayna Silahlı Qüvvələrinin rəsmi məlumatlarında doğum ili 1977 kimi göstərilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: