ABŞ Prezidenti Donald Tramp deyib ki, amerikalılar İranla müharibənin davam etməsinə etiraz bildirmirlər.
Globalinfo.az xəbər verir ki, Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bu barədə danışıb.
“Yeni ictimai rəy sorğusu dərc olunub. Amerikalılar benzinin bahalaşmasını istəmirlər, amma müharibəyə qarşı deyillər. Sorğu bunu tam aydın göstərdi”, – deyə Tramp vurğulayıb.
Tramp əlavə edib ki, heç kəs İranın nüvə silahına sahib olmasını istəmir. O, Tehrana yeni, daha güclü zərbələr endiriləcəyi ilə hədələyib.
“Onlar bunun əvəzini ağır şəkildə ödəyəcəklər”, – deyə ABŞ lideri vurğulayıb.
Bununla belə, ABŞ-da son dövrlərdə keçirilən ictimai rəy sorğularının əksəriyyəti göstərir ki, İrana qarşı hərbi əməliyyatların davam etdirilməsini amerikalıların yalnız azlığı dəstəkləyir.
Tramp həmçinin bildirib ki, Vaşinqton iyulun 18-də İranın İordaniyada ABŞ obyektlərinə vurduğu zərbə nəticəsində həlak olan amerikalı hərbçilərlə bağlı araşdırmanı davam etdirir. Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq.
Əliyar Xəlil
Globalinfo.az