Martın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə macarıstanlı həmkarı Piter Siyarto arasında telefon danışığının səs yazısı internetdə yayılıb və rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, səs yazısında nazirlərin ikitərəfli münasibətlərlə yanaşı, Siyartonun Sankt-Peterburqa sonuncu səfəri və Rusiya vətəndaşlarına qarşı sanksiyaların ləğvi imkanlarını müzakirə etdikləri ortaya çıxıb.
Sözügedən material Avropada birmənalı qarşılanmayıb, Macarıstanın Ukrayna müharibəsindəki mövqeyi ilə bağlı narazılıqları artırıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa macarıstanlı həmkarı Piter Siyartoya sanksiya tətbiq olunacağını söyləyib. O, Rusiya ilə yaxın əlaqələri olan bəzi şəxslərin adının sanksiyalar paketinə əlavə edilə biləcəyini vurğulayıb.
Məlumata görə, Sibiqa burada Macarıstanın xarici işlər naziri Piter Siyartoya işarə edib.
Ayşən Mustafa
Globalinfo.az
