“Avstraliya, Yeni Zelandiya və Kanada Rusiya ilə bağlı APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı) çərçivəsində keçirilən qeyri-rəsmi görüşlərdə kin püskürür və aqressiv davranırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev deyib.
“Onlar ideoloji qaranlıqda yolunu itiriblər”, – deyə o bildirib.
Diplomat əlavə edib ki, bu cür münasibət Rusiyanı öz mövqeyindən çəkindirmir.
Berdıyev xatırladıb ki, 2026-cı ildə APEC Katibliyinin icraçı direktoru Eduardo Pedrosa ilk dəfə Rusiyaya səfər edib.
O həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.
Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Rusiyanın 2035-ci ildə APEC-ə sədrlik etməsi ilə bağlı müraciəti təsdiqləyib.
Əliyar Xəlil
Globalinfo.az