WhatsApp Image 2026 07 21 at 23.51.26

Yunanıstan hökuməti İsraildən təxminən 3 milyard avro dəyərində hava hücumundan müdafiə sistemlərinin alınmasını nəzərdə tutan “Axilles Qalxanı” layihəsini təsdiqləməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Belə ki, qərarın iyulun 23-də Yunanıstan Hökumətinin Xarici İşlər və Müdafiə Şurasının iclasında rəsmən təsdiqlənəcəyi gözlənilir.

Layihə ölkənin Milli Müdafiə Nazirliyinin hazırladığı yeni hava və raketdən müdafiə konsepsiyasının əsas hissəsini təşkil edəcək. “Axilles Qalxanı” proqramı Yunanıstanın materik hissəsini və adalarını əhatə edən çoxqatlı hava və raketdən müdafiə şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu məqsədlə İsrail istehsalı olan üç hava hücumundan müdafiə sisteminin alınması planlaşdırılır.

Yunanıstanın müdafiə naziri Nikos Dendias layihəni ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirərək bildirib ki, məqsəd 2030-cu ilə qədər Avropanın ən müasir ordularından birinə sahib olmaqdır.

Qeyd olunur ki, bu silahlanma proqramı son illərdə Yunanıstanın həyata keçirdiyi ən böyük müdafiə layihələrindən biri hesab edilir. Bu addımın Türkiyənin F-35 proqramına qayıtmasının yenidən müzakirə olunduğu dövrə təsadüf etməsi də diqqət çəkir. Eyni zamanda iki ölkə arasında yenidən gərginliyin artmasına xəbər olub.

Tahir Turan
Globalinfo.az

Paylaş: